|
13 iyul 2013, 15:20
Rəşad Qasımovdan, Bakı, Azərbaycan
Zati-aliləri cənab İlham Əliyev! Suveren, azad və müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün göstərdiyiniz böyük səy və bacarığınızla insanların ideal idarəedici şəxsiyyəti zirvəsinə ucalmışsınız. Hər bir vətəndaşa məlumdur ki, müstəqilliyin ilk illərində ağır böhranlı durumda işğalçı dövlətlə atəşkəsin əldə edilməsi, ölkənin iqtisadi, mədəni, təhsil, siyasi baxımdan böyük nailiyyətlər qazanması müasir Azərbaycan Respublikasının qurucusu, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev cənablarının böyük əməyi nəticəsində mümkün olmuşdur. Ulu Öndər deyirdi: “Mən xalqımın, millətimin tarixin yaddaşına şanlı qızıl hərflərlə yazılan dövlət olması üçün həyatımdan, canımdan keçməyə hazıram”. Cənab Prezident, bütün dünya ölkələri Sizin şəxsiyyətinizə hörmət etməklə yanaşı, fəaliyyətinizi böyük rəğbətlə alqışlayırlar. Bunun nəticəsi olaraq Siz “10 ilin dövlət adamı” mükafatına layiq görülmüşsünüz. Möhtərəm Prezident, mən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kadrlar şöbəsində işləyirəm. İdarədə keçirilən vaxtaşırı iclaslarda işçilərimiz Sizin apardığınız siyasəti dəstəkləməklə bərabər, qarşıdan gələn prezident seçkilərində də Sizə səs verəcəklərini bildirirlər. Cənab Prezident, Sizə cansağlığı, çətin və şərəfli vəzifənizdə uğurlar arzulayıram.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.