Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Rəşad Qasımovdan, Bakı, Azərbaycan

Text size Plus Minus

13 iyul 2013, 15:20

Zati-aliləri cənab İlham Əliyev!

Suveren, azad və müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün göstərdiyiniz böyük səy və bacarığınızla insanların ideal idarəedici şəxsiyyəti zirvəsinə ucalmışsınız. Hər bir vətəndaşa məlumdur ki, müstəqilliyin ilk illərində ağır böhranlı durumda işğalçı dövlətlə atəşkəsin əldə edilməsi, ölkənin iqtisadi, mədəni, təhsil, siyasi baxımdan böyük nailiyyətlər qazanması müasir Azərbaycan Respublikasının qurucusu, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev cənablarının böyük əməyi nəticəsində mümkün olmuşdur. Ulu Öndər deyirdi: “Mən xalqımın, millətimin tarixin yaddaşına şanlı qızıl hərflərlə yazılan dövlət olması üçün həyatımdan, canımdan keçməyə hazıram”.

Cənab Prezident, bütün dünya ölkələri Sizin şəxsiyyətinizə hörmət etməklə yanaşı, fəaliyyətinizi böyük rəğbətlə alqışlayırlar. Bunun nəticəsi olaraq Siz “10 ilin dövlət adamı” mükafatına layiq görülmüşsünüz.

Möhtərəm Prezident, mən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kadrlar şöbəsində işləyirəm. İdarədə keçirilən vaxtaşırı iclaslarda işçilərimiz Sizin apardığınız siyasəti dəstəkləməklə bərabər, qarşıdan gələn prezident seçkilərində də Sizə səs verəcəklərini bildirirlər.

Cənab Prezident, Sizə cansağlığı, çətin və şərəfli vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

Rəşad Şəmsəddin oğlu Qasımov
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi