|
13 iyul 2013, 15:30
Baləddin Məmmədovdan, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının ilk milli qəhrəmanlarından biri - şəhid Səfəralı Məmmədovun valideynləri və ailə üzvləri, eləcə də bütün kənd əhalisi adından Sizə böyük hörmət və ehtiramımızı çatdırırıq. Hörmətli cənab Prezident, Ələt-Astara magistralından Masallı rayonunun Sərçuvar kəndinə yeni çəkilmiş asfalt yola görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Siz bu yolu çəkməklə nəinki kəndimizin sakinlərini sevindirdiniz, həm də Qarabağımız uğrunda canını fəda etmiş, ilk milli qəhrəmanlarımızdan olan Səfəralı Məmmədovun ruhunu şad etdiniz. Sizin rəhbərliyinizlə respublikanın hər yerində, o cümlədən rayonumuzun kəndlərində aparılan böyük abadlıq və yenidənqurma işlərinə görə, Sizə “çox sağ ol” deyirik. Bu il keçiriləcək prezident seçkilərində Sərçuvar kəndinin, eləcə də rayonumuzun sakinləri yekdilliklə Sizi dəstəkləyəcəkdir.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.