Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Məlik Əliyevdən, Tovuz, Azərbaycan

Text size Plus Minus

15 iyul 2013, 16:40

Möhtərəm cənab Prezident,

Mən Sizin Tovuza səfəriniz çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünüzdə iştirak etmişəm. Tapşırığınızla çəkilən Tovuz-Qovlar-Ağbaşlar yolunun sonunda yerləşən Qəribli kəndinin nümayəndəsi kimi mən 80 yaşında olmağıma baxmayaraq bu yolu çox böyük rahatlıqla gəlmişdim. Həmişə böyük əziyyətlərlə gedib-gəldiyimiz bu yolla Sizə bütün ətraf kənd sakinlərinin alqışlarını və xeyir-dualarını gətirmişdim.

Həmçinin Sizi bilavasitə görməyim, çıxışınızı dinləməyim mənim daha çox yaşamaq həvəsimi artırmış, həyat eşqimi gücləndirmişdir. Belə bir ölkədə yaşamaq və Sizin kimi Prezidentimizin olması böyük xoşbəxtlikdir. Allah Sizi qorusun!

Hörmətlə,

Məlik Əliyev
Ağsaqqal

Azərbaycan Respublikası, Tovuz rayonu, Qəribli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi