|
15 iyul 2013, 16:45
Abid Nağıyevdən, Ağstafa, Azərbaycan
Möhtərəm cənab Prezident, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir. Sizin həmişə vacib məqam kimi qeyd etdiyiniz insan amili ilə şərtlənmiş bu proqram sayəsində yeni sosial infrastruktur obyektlərinin – təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, yeni yolların tikintisi və əsaslı bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu da bölgələrdə mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha da möhkəm əsasda inkişafına zəmin yaratmışdır. Bizi sevindirən odur ki, həyata keçirilən iqtisadi siyasət sosialyönümlü mahiyyət daşıyır, cəmiyyətin sosial sifarişini əks etdirir. Hörmətli cənab Prezident! Sizin Ağstafa rayonuna tarixi səfərinizi və səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirakınızı xoş təəssüratlarla xatırlayır və Ağstafanın inkişafı üçün ayırdığınız maliyyə vəsaitinə görə Sizə minnətdarlığımızı bildiririk. Ağstafa rayon ziyalıları Sizin tərəfinizdən həyata keçirilmiş bütün iqtisadi islahatları dəstəkləyir, yeni layihələrin həyata keçirilməsində Sizə yardımçı olacaqlarını bildirirlər. Zati-aliləri, biz, Ağstafa ziyalıları 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində birmənalı şəkildə Sizi dəstəkləyəcək, Azərbaycanın inkişafına səs verəcəyik. Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq. Ağstafa rayon ziyalıları adından
Dərin hörmət və ehtiramla, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.