Abid Nağıyevdən, Ağstafa, Azərbaycan
15 iyul 2013, 16:45
Möhtərəm cənab Prezident,
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir. Sizin həmişə vacib məqam kimi qeyd etdiyiniz insan amili ilə şərtlənmiş bu proqram sayəsində yeni sosial infrastruktur obyektlərinin – təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, yeni yolların tikintisi və əsaslı bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu da bölgələrdə mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha da möhkəm əsasda inkişafına zəmin yaratmışdır. Bizi sevindirən odur ki, həyata keçirilən iqtisadi siyasət sosialyönümlü mahiyyət daşıyır, cəmiyyətin sosial sifarişini əks etdirir.
Hörmətli cənab Prezident!
Sizin Ağstafa rayonuna tarixi səfərinizi və səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirakınızı xoş təəssüratlarla xatırlayır və Ağstafanın inkişafı üçün ayırdığınız maliyyə vəsaitinə görə Sizə minnətdarlığımızı bildiririk. Ağstafa rayon ziyalıları Sizin tərəfinizdən həyata keçirilmiş bütün iqtisadi islahatları dəstəkləyir, yeni layihələrin həyata keçirilməsində Sizə yardımçı olacaqlarını bildirirlər.
Zati-aliləri, biz, Ağstafa ziyalıları 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində birmənalı şəkildə Sizi dəstəkləyəcək, Azərbaycanın inkişafına səs verəcəyik. Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Ağstafa rayon ziyalıları adından
Dərin hörmət və ehtiramla,
Abid Nağıyev
Azərbaycan Respublikası, Ağstafa rayonu.
