|
16 iyul 2013, 14:00
X.Babayev və başqalarından, Oğuz, Azərbaycan
Möhtərəm Prezident! Biz Oğuz rayonunun ağsaqqalları Sizin respublikanın regionlarının, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafının təmin olunmasına göstərdiyiniz qayğını yüksək qiymətləndiririk. Sizin “Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 10 iyul 2013-cü il tarixli Sərəncamınız rayonumuzun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Hörmətli cənab Prezident, biz oğuzlular Heydər Əliyev ideyalarının, bugünkü sosial-iqtisadi inkişafın, tərəqqinin, əmin-amanlığın davamlı olmasını istəyirik. Seçicilərimiz artıq öz seçimlərini etmişlər, onların bir namizədi vardır – möhtərəm Prezident, o da Sizsiniz. Bu ilin oktyabr ayında keçiriləcək seçkilərdə oğuzlular yekdilliklə Sizə səs verəcək, həmişə Sizin arxanızda olacaqdır. Respublikamızın, eləcə də rayonumuzun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Sizə respublikamızın inkişafı, əhalinin rifahının yaxşılaşdırılması naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, cansağlığı, səadət və xoşbəxtlik arzulayırıq.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.