Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

X.Babayev və başqalarından, Oğuz, Azərbaycan

Text size Plus Minus

16 iyul 2013, 14:00

Möhtərəm Prezident! 

Biz Oğuz rayonunun ağsaqqalları Sizin respublikanın regionlarının, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafının təmin olunmasına göstərdiyiniz qayğını yüksək qiymətləndiririk. Sizin “Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 10 iyul 2013-cü il tarixli Sərəncamınız rayonumuzun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, biz oğuzlular Heydər Əliyev ideyalarının, bugünkü sosial-iqtisadi inkişafın, tərəqqinin, əmin-amanlığın davamlı olmasını istəyirik. Seçicilərimiz artıq öz seçimlərini etmişlər, onların bir namizədi vardır – möhtərəm Prezident, o da Sizsiniz. Bu ilin oktyabr ayında keçiriləcək seçkilərdə oğuzlular yekdilliklə Sizə səs verəcək, həmişə Sizin arxanızda olacaqdır. Respublikamızın, eləcə də rayonumuzun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Sizə respublikamızın inkişafı, əhalinin rifahının yaxşılaşdırılması naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, cansağlığı, səadət və xoşbəxtlik arzulayırıq.

Dərin hörmətlə,

C.Cumayev, X.Babayev, Ş.Məmmədli,
M.Salamov, V.Balağayev və başqaları.

Azərbaycan Respublikası, Oğuz rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi