|
16 iyul 2013, 14:30
Eldar Əliyev və başqalarından, Qax, Azərbaycan
Hörmətli cənab Prezident! Bu gün ölkəmizdə Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı quruculuq işləri, görülən tədbirlər hər birimizdə qürur hissi oyadır. Gündən-günə inkişaf edən, gözəlləşən şəhərlər, qəsəbələr insanların yaşamaq, çalışmaq həvəsini daha da artırır. Heç təsadüfi deyildir ki, respublikamızın bölgələrinə göstərdiyiniz qayğıdan rayonumuza da pay düşmüşdür. Bu qayğı və diqqətin nəticəsində rayonumuz indi ölkənin ən gözəl, inkişaf edən və turistləri özünə cəlb edən füsunkar məkanlarından birinə çevrilmişdir. Turizmin, sosial infrastrukturun inkişafı istiqamətində görülən işlər bütün rayon sakinlərinin dərin rəğbətinə səbəb olmuşdur. Rayon mərkəzində su və kanalizasiya sisteminin yenilənməsi, rayonun ucqar kəndlərinin inkişafı da Sizin bölgələrə qayğınızın nəticəsidir. Kəndlərin əhalisinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün qazılan artezian quyuları bizə əvəzsiz töhfədir. Biz illərlə həllini gözlədiyimiz problemlərin aradan qaldırılmasına görə Sizə minnətdarıq. Çox hörmətli Prezident, bütün bunlara görə biz Qarabaldır kəndinin əhalisi Sizə dərin təşəkkürümüzü bildirir və qarşıdan gələn Prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyimizi bəyan edirik.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.