Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Eldar Əliyev və başqalarından, Qax, Azərbaycan

Text size Plus Minus

16 iyul 2013, 14:30

Hörmətli cənab Prezident! 

Bu gün ölkəmizdə Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı quruculuq işləri, görülən tədbirlər hər birimizdə qürur hissi oyadır. Gündən-günə inkişaf edən, gözəlləşən şəhərlər, qəsəbələr insanların yaşamaq, çalışmaq həvəsini daha da artırır.

Heç təsadüfi deyildir ki, respublikamızın bölgələrinə göstərdiyiniz qayğıdan rayonumuza da pay düşmüşdür. Bu qayğı və diqqətin nəticəsində rayonumuz indi ölkənin ən gözəl, inkişaf edən və turistləri özünə cəlb edən füsunkar məkanlarından birinə çevrilmişdir.

Turizmin, sosial infrastrukturun inkişafı istiqamətində görülən işlər bütün rayon sakinlərinin dərin rəğbətinə səbəb olmuşdur. Rayon mərkəzində su və kanalizasiya sisteminin yenilənməsi, rayonun ucqar kəndlərinin inkişafı da Sizin bölgələrə qayğınızın nəticəsidir. Kəndlərin əhalisinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün qazılan artezian quyuları bizə əvəzsiz töhfədir. Biz illərlə həllini gözlədiyimiz problemlərin aradan qaldırılmasına görə Sizə minnətdarıq.

Çox hörmətli Prezident, bütün bunlara görə biz Qarabaldır kəndinin əhalisi Sizə dərin təşəkkürümüzü bildirir və qarşıdan gələn Prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyimizi bəyan edirik.

Hörmətlə,

Kənd sakinləri adından dərin hörmətlə,
Əliyev Eldar Məhərrəm oğlu
Əliyev İsmayıl Babaverdi oğlu
Əliyev Məmməd Abdurahman oğlu
Yusifov Ənvər Zakir oğlu
Kərimov Elnur Səfər oğlu və başqaları (cəmi: 30 imza).

Azərbaycan Respublikası, Qax rayonu, Qarabaldır kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi