|
16 iyul 2013, 15:30
Əlvan İbayevdən, Astara, Azərbaycan
Hörmətli cənab Prezident! Mən Vətənimizin dilbər guşələrindən biri, Astara rayonunun ucqar Lomin kəndində yaşayıram. Rayon mərkəzindən 35 km aralı olan kəndimiz dağlıq relyefə malikdir. Bu kənddə böyümüşəm və hazırda Azərbaycan Müəllimlər İnstitutunun tələbəsiyəm. Yay tətili ilə əlaqədar şəhərdən kəndimizə qayıdarkən kəndimizin yollarını tanıya bilmədim. Çünki əvvəllər yollarımız elə bərbad vəziyyətdə idi ki, kəndimizə iri yük maşınlarından başqa digər avtomobillər gələ bilmirdi. Qısa vaxt ərzində yollarımızı belə təmirli, abad və səliqəli görəndə ürəyim sevinclə doldu. Çox sağ olun cənab Prezident. Nəhəng sovet imperiyasının uzun illər görə bilmədiyi işi böyük inkişaf yolunda olan gənc və müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi məhz Siz uğurla həyata keçirirsiniz. Mən müxtəlif hədyanlar danışan, özünü xalq təəssübkeşi kimi göstərməyə çalışan, hər cür inkişafı, yüksəlişi danan, əslində şəxsi mənafelərindən başqa heç nə düşünməyən şəxsləri belə xeyirxah işlərə vicdanla qiymət verməyə çağırıram. Möhtərəm Prezident, xalqımızın firavanlığı, rahat yaşayışı üçün böyük işlər görən Ulu Öndərimizin layiqli davamçısı kimi Sizi ürəkdən sevir, ətrafınızda sız birləşdiyimizi bəyan edir, ölkəmizin tərəqqisi, xalqımızın xoş güzəranı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.