Gerb

17 iyul 2013, 13:30

Möhtərəm Prezident! 

Biz Oğuz rayonunun gəncləri Sizin regionların inkişafına dair Dövlət Proqramlarınızı və respublikamızın bölgələrində inkişafın yeni əsaslarını, tərəqqi prosesini ürəkdən bəyənir və dəstəkləyirik. Bu Dövlət Proqramlarının uğurlu icrası sayəsində artıq ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, respublikamızın regionlarında, eləcə də paytaxtda kommunal xidmət və sosial təminatın gücləndirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Respublikanın hər bir bölgəsində olduğu kimi Oğuz rayonu da daim Sizin diqqətinizdədir. Məhz Sizin diqqət və qayğınızın nəticəsidir ki, son illər rayonumuzda sürətli inkişaf prosesləri gedir, yeni müəssisələr yaradılır, abadlıq-quruculuq işləri aparılır. 10 iyul 2013-cü il tarixdə imzaladığınız “Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə biz Oğuz gəncləri Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, Oğuz gəncləri ətrafınızda sıx birləşərək çətin və məsuliyyətli işinizdə Sizə daim dəstək olacaqdır.

Gənclər adından dərin hörmətlə,

R.Ş.Mahmudov
E.V.İsrafilov
Ə.M.Həsənov
V.Ə.Bəkirov
E.H.Əzizov və başqaları.

Azərbaycan Respublikası, Oğuz rayonu.