|
17 iyul 2013, 14:30
Aydın Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident! Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kursunun layiqli davamçısı kimi Sizin göstərdiyiniz qayğı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti gündən-günə inkişaf edir, onun ənənələri sənət adamları tərəfindən davam etdirilir. Hal-hazırda teatr, konsert, muzey, kitabxana, konservatoriya və ümumilikdə mədəniyyət ocaqlarının Avropa standartlarına uyğun bərpa etdirməyiniz Azərbaycan tarixinə, mədəniyyətinə, dünənə, bu günə və sabaha olan əvəzsiz diqqətinizin bariz nümunəsidir. Sizin diqqət və qayğınız sayəsində sənət adamlarının məişət qayğıları da durmadan həll olunur. Sənət adamlarının həyat şəraiti getdikcə yaxşılaşdırılır. Sizin gərgin fəaliyyətiniz nəticəsində respublikamızda qazanılan nailiyyətlər göz qabağındadır. Bu uğurlara sevinənlərdən biri də mənəm. Sizin “Azərbaycan Respublikası teatr xadimlərinin fəxri adlarla təltif edilməsi haqqında” 25 iyun 2013-cü il tarixli Sərəncamınızla “Tərəqqi” medalı ilə təltif olunan sənətçilərin siyahısında mənim də adım var. Mənim teatr və kino sahəsindəki yaradıcılığıma göstərdiyiniz böyük qayğı, verdiyiniz yüksək qiymətə görə Sizə ürəkdən minnətdarlığımı bildirir və təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, bundan sonra da teatr səhnəsində və kino sənətində yaradacağım obrazlarla daha böyük yaradıcılıq uğurları qazanmağa və Sizin etimadınızı doğrultmağa çalışacağam. Yaradıcılıq fəaliyyətimlə mədəniyyətimizin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mən və yaxınlarım Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizi həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Qarşıdan gələn Prezident seçkisində Sizə alternativ görmürük. Göstərdiyiniz qayğıya və verdiyiniz yüksək qiymətə görə bir daha Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Dərin hörmət, 17 iyul 2013, 15:30
İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.