Aydın Əliyevdən, Bakı, Azərbaycan
17 iyul 2013, 14:30
Möhtərəm Prezident!
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kursunun layiqli davamçısı kimi Sizin göstərdiyiniz qayğı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti gündən-günə inkişaf edir, onun ənənələri sənət adamları tərəfindən davam etdirilir.
Hal-hazırda teatr, konsert, muzey, kitabxana, konservatoriya və ümumilikdə mədəniyyət ocaqlarının Avropa standartlarına uyğun bərpa etdirməyiniz Azərbaycan tarixinə, mədəniyyətinə, dünənə, bu günə və sabaha olan əvəzsiz diqqətinizin bariz nümunəsidir. Sizin diqqət və qayğınız sayəsində sənət adamlarının məişət qayğıları da durmadan həll olunur. Sənət adamlarının həyat şəraiti getdikcə yaxşılaşdırılır. Sizin gərgin fəaliyyətiniz nəticəsində respublikamızda qazanılan nailiyyətlər göz qabağındadır. Bu uğurlara sevinənlərdən biri də mənəm.
Sizin “Azərbaycan Respublikası teatr xadimlərinin fəxri adlarla təltif edilməsi haqqında” 25 iyun 2013-cü il tarixli Sərəncamınızla “Tərəqqi” medalı ilə təltif olunan sənətçilərin siyahısında mənim də adım var. Mənim teatr və kino sahəsindəki yaradıcılığıma göstərdiyiniz böyük qayğı, verdiyiniz yüksək qiymətə görə Sizə ürəkdən minnətdarlığımı bildirir və təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, bundan sonra da teatr səhnəsində və kino sənətində yaradacağım obrazlarla daha böyük yaradıcılıq uğurları qazanmağa və Sizin etimadınızı doğrultmağa çalışacağam. Yaradıcılıq fəaliyyətimlə mədəniyyətimizin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mən və yaxınlarım Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizi həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Qarşıdan gələn Prezident seçkisində Sizə alternativ görmürük.
Göstərdiyiniz qayğıya və verdiyiniz yüksək qiymətə görə bir daha Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Dərin hörmət,
Əliyev Aydın Allahverdi oğlu,
Əməkdar artist.
Azərbaycan Respublikası, Bakı şəhəri.
