|
17 iyul 2013, 15:30
İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir
Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir. Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını və Ramazan bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, regional və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına və Ramazan bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını və təbriklərini Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.