Gerb

17 iyul 2013, 16:15

Hörmətli cənab Prezident! 

Sizin rəhbərliyiniz altında respublikamızda görülən genişmiqyaslı quruculuq-abadlıq işləri hər bir sağlam fikirli azərbaycanlı üçün böyük fəxrdir. Respublikaya rəhbərlik etdiyiniz dövrlərdə Azərbaycanın dünya dövlətləri arasında nüfuzu artmış, ölkəmiz aparıcı dövlətə çevrilmişdir. Humanitar və mədəniyyətlərarası dialoq forumlarına, “Eurovision” musiqi yarışmasına, dini liderlərin ümumdünya sammiti və digər tədbirlərə ev sahibliyi edən Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. Xüsusilə 2011-ci ildə Azərbaycanın dünyanın 155 ölkəsinin səsini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi, Ramil Səfərovun Macarıstandan çox çətinliklər hesabına Azərbaycana gətirilməsi ilə sübut etdiniz ki, ölkənin sükanı bacarıqlı əllərdədir. Eyni zamanda, bu, Sizin dediyiniz “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsinə necə də dəqiq əməl etdiyinizdən xəbər verən amildir.

Hörmətli cənab Prezident, Siz bugünlərdə qardaş Türkiyə respublikasında dərc olunan nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə 10 ilin dövlət adamı mükafatına layiq görülmüsünüz. Bu münasibətlə çoxsaylı kitabxana işçiləri adından Sizi təbrik edirəm. Əminik ki, ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi kimi gördüyünüz işlər bütün sahələrdə öz uğurlu nəticələrini verəcəkdir. Doğma diyarımız Azərbaycan laləzara çevriləcəkdir.

Çünki ulu öndər vaxtilə qeyd edirdi ki, İlham Əliyevə özüm qədər inanıram. Sizə şəxsi həyatda uzun ömür, cansağlığı və yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Mərkəzləşdirilmiş Kitabxananın kollektivi adından dərin hörmətlə,
Bağırov Sakit, direktor.

Azərbaycan Respublikası, Saatlı rayonu.