Gerb

13 may 2010, 16:02

Çox hörmətli cənab Prezident!

Sizin Böyük Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərməyiniz sayəsində biz müharibə veteranlarının yaşayış şəraiti daim yaxşılaşır.

Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə mənə müharibə əlili olduğum üçün bağışlanmış minik avtomobilinə görə Sizə ürəkdən təşəkkür edirəm. Azərbaycanımızın sürətli iqtisadi inkişafı üçün apardığınız işlərdə Sizə uğurlar diləyirəm.

Dərin hörmətlə,

Eyyub Usub oğlu Quliyev

Böyük Vətən müharibəsi əlili

Azərbaycan Respublikası, Gəncə şəhəri, Şah İsmayıl Xətai küçəsi, bina 41/9