Gerb

18 iyul 2013, 12:00

Hörmətli cənab Prezident! 

Saatlı rayonunun sosial-iqtisadi inkişafı məqsədilə dəfələrlə ayırdığınız vəsaitlər hesabına rayonumuzda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, kəndlərarası yolların çəkilişi davam etdirilmişdir. Bu günlərdə Simada-Qarayevkənd avtomobil yolunun tikintisi üçün vəsait ayrılması barədə imzaladığınız Sərəncam da rayon əhalisinin təxminən yarısını narahat edən problemin həllinə imkan yaratmaqla yanaşı, onların böyük sevincinə səbəb olmuşdur. Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Aytəyev Şəmsi, Əsgərov Rafət, Kinçiyev Jaləddin, Sarıyev Yusif, Şəmsiyev Abdul.

Azərbaycan Respublikası, Saatlı rayonu, Qarayevkənd kəndi.