|
18 iyul 2013, 10:45
Kamal Gülüşovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident! Biz Saatlı rayonunun mədəniyyət işçiləri Sizin respublikanın regionlarının, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafının təmin olunmasına göstərdiyiniz qayğını yüksək qiymətləndiririk. Sizin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 16 iyul 2013-cü il tarixli Sərəncamınız rayonumuzun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Möhtərəm Prezident, biz saatlılılar Heydər Əliyev ideyalarının, bugünkü sosial-iqtisadi inkişafın, tərəqqinin, əmin-amanlığın davamlı olmasını istəyirik. Seçicilərimiz artıq öz seçimlərini etmişlər, onların bir namizədi vardır – möhtərəm Prezident, o da Sizsiniz. Güclü lider, güclü Azərbaycan! Saatlılılar həmişə Sizin arxanızda olacaqdır. Respublikamızın, eləcə də rayonumuzun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Respublikamızın inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması naminə fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər, cansağlığı, səadət və xoşbəxtlik arzulayırıq.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.