Kamal Gülüşovdan, Saatlı, Azərbaycan
18 iyul 2013, 10:45
Hörmətli cənab Prezident!
Biz Saatlı rayonunun mədəniyyət işçiləri Sizin respublikanın regionlarının, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafının təmin olunmasına göstərdiyiniz qayğını yüksək qiymətləndiririk. Sizin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 16 iyul 2013-cü il tarixli Sərəncamınız rayonumuzun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm Prezident, biz saatlılılar Heydər Əliyev ideyalarının, bugünkü sosial-iqtisadi inkişafın, tərəqqinin, əmin-amanlığın davamlı olmasını istəyirik. Seçicilərimiz artıq öz seçimlərini etmişlər, onların bir namizədi vardır – möhtərəm Prezident, o da Sizsiniz. Güclü lider, güclü Azərbaycan! Saatlılılar həmişə Sizin arxanızda olacaqdır. Respublikamızın, eləcə də rayonumuzun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Respublikamızın inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması naminə fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər, cansağlığı, səadət və xoşbəxtlik arzulayırıq.
Dərin hörmətlə,
Hacı Kamal Gülüşov,
Bülbül adına uşaq musiqi məktəbinin direktoru.
Azərbaycan Respublikası, Saatlı rayonu.
