Gerb

11 oktyabr 2010, 11:44

Möhtərəm cənab Prezident, 

Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndərimiz Heydər Əliyevin ən layiqli davamçısı kimi 2003-cü ildən başlayaraq uzaqgörən və müdrik rəhbərliyinizlə respublikanın bütün sahələrində, o cümlədən milli təhsil sistemimizdə də hərtərəfli və yüksək inkişafa nail olunması laçınlılarda da yüksək sevinc və iftixar hissi yaradır. Sizin yüksək diqqət və qayğınız sayəsində hər il ölkəmizdə 5 oktyabr Müəllim Günü təntənəli surətdə qeyd olunur. Bu, Azərbaycanın çoxminli təhsil ictimaiyyəti kimi, laçınlı pedaqoqları da ürəkdən sevindirir. 

Cənab Prezident!

Peşə bayramımız günü ərəfəsində respublikamızın bir qrup qabaqcıl və təcrübəli pedaqoji işçiləri ilə yanaşı, məni də “Əməkdar Müəllim” fəxri adına layiq görməyinizi təkcə mənim deyil, bütün laçınlı təhsil işçilərinin əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirir, Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. 

Bir daha Sizi əmin edirəm ki, bundan sonra da ölkəmizin gələcək qurucuları olan gənclərimizin layiqli vətəndaş kimi böyüməsi prosesinin fəal iştirakçısı olacağam. 

Tükənməz hörmət və ehtiramla,

Sabir Mücərrəf oğlu Mirzəyev
Laçınlı məcburi köçkün 

Azərbaycan Respublikası, Ağcabədi rayonu
“Taxtakörpü” ərazisi, Katos qış yatağı 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR