|
18 iyul 2013, 23:55
İlham Əliyev Siyəzəndə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Siyəzəndə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycan Respublkası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş Gənclər Mərkəzinin inşasına 2012-ci ilin aprelində başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Layihənin smeta dəyəri 714,91 min manatdır. Qeyd edildi ki, ümumi sahəsi 1634 kvadratmetr olan Gənclər Mərkəzi 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində bar, bilyard zalı fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Dövlətçilik Muzeyi yaradılmışdır. Muzeydə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları, pul əskinasları, medal və tarixi sənədlər toplanmışdır. Bildirildi ki, Mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, bilyard, oyun avtomatları zalları, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Bütün kompyuterlər sürətli internetə qoşulmuşdur. Bu Mərkəz rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır. Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başcısı müvafiq tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.