İlham Əliyev Quba-Xaçmaz Regional Mərkəzinin açılışında iştirak etmişdir

19 iyul 2013, 13:15
İlham Əliyev Quba-Xaçmaz Regional Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanılmış, 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Mərkəz inzibati binadan, biznes inkubatordan, sərgi, akt, konfrans və təlim zallarından, inzibati otaqlardan, yeməkxana və yardımçı tikililərdən ibarətdir. Mərkəzin qazanxana, nasosxana, transfarmator stansiyası, su anbarları, dizel generator binaları da vardır. Ümumi ərazisi 1,5 hektar olan mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq və abadlıq işləri görülmüşdür.

Bildirildi ki, foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulan mərkəzin sərgi zalında “Quba-Xaçmaz iqtisadi rayonu: uğurlu regional siyasətin nəticələri” adlı sərgi yaradılmışdır. Sərgidə ulu öndər Heydər Əliyevin Quba-Xaçmaz iqtisadi rayonuna səfərlərini əks etdirən fotoguşə də vardır. Burada, həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülən işlər və əsas sosial-iqtisadi göstəricilər geniş əks olunmuşdur.

Mərkəzdə rayonun sosial-iqtisadi inkişafı üçün regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflər hazırlanacaqdır. Burada rayon üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlər də təşkil olunacaqdır. Yerli istehsal, habelə sənətkarlıq məhsullarının nümayişi, sərgiyə çıxarılması və satışı ilə bağlı sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulmuşdur.

Qeyd olundu ki, mərkəzin ən mühüm istiqamətlərindən biri sahibkarlıq fəaliyyətinə başlayan gənclər və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkili, konsaltinq və informasiya xidmətlərinin göstərilməsidir.

Bildirildi ki, 2003-2012-ci illər ərzində bu iqtisadi rayon üzrə 1091 müəssisə açılmış, 65 mindən çox yeni iş yeri yaradılmıdşır. Son 10 ildə iqtisadi rayonda 122 təhsil müəssisəsi tikilmiş, 32 səhiyyə müəssisəsi inşa edilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 33 yaşayış binası inşa edilmişdir. Bu illər ərzində turizm sahəsi də xeyli inkişaf etmişdir. Hazırda Quba-Xaçmaz iqtisadi rayonunda 100-dən çox mehmanxana və bu tipli obyekt fəaliyyət göstərir. Son 10 ildə 14 gənclər evi və idman müəssisəsi tikilib istifadəyə verilmişdir. Ötən 10 ildə Quba-Xaçmaz iqtisadi rayonunda yol və nəqliyyat infrastrukturu xeyli yaxşılaşdırılmışdır. 150 kilometr yeni yol çəkilmiş, 450 kilometr isə əsaslı təmir olunmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalında da artım müşahidə olunmuşdur. Meyvə 1,4, ət istehsalı 2, süd istehsalı 1,2, yumurta istehsalı isə 1,7 dəfə artmışdır. Azərbaycanın iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan kreditlər və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də özəl sektorun inkişafına çox böyük dəstəkdir. Son illər bu iqtisadi rayon üzrə 1321 sahibkara 109,7 milyon manat güzəştli kredit verilmişdir. Bunun nəticəsində 8,4 min yeni iş yeri yaradılmışdır.

Prezident İlham Əliyevə Biznes-İnkubator barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən biznes-inkubatorlar yaradılmışdır. Əsas məqsəd gənclər tərəfindən yeni biznes subyektlərinin qısa zamanda rəqabət qabiliyyətliliyinin və inkişafının təmin edilməsi, kiçik sahibkarlıq subyektlərinə olan dəstəyin nümayiş etdirilməsi vasitəsilə investisiya mühitinin daha da yaxşılaşdırmasıdır. Bu proqram vasitəsilə gənc mütəxəssislərin potensialından səmərəli istifadə olunacaq, innovativ və perspektivli biznes sahələrinin inkişafı təmin ediləcəkdir.

Vurğulandı ki, binanın 276 nəfərlik konfrans zalında müxtəlif tədbirlər keçirmək üçün hər cür şərait yaradılmışdır. Mərkəzin inzibati otaqları işçilərin rahat fəaliyyət göstərməsi üçün ən son avadanlıqlarla təchiz olunmuşdur.

Biznes-İnkubator bölməsi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, layihədə iştirakçıların sayı 15 nəfərdir. Layihənin 24 ay ərzində həyata keçirilməsi planlaşdırılır. Bu müddətdə gənclər ilkin biznes vərdişlərinə yiyələnəcəklər. İnkubator bölməsində gənc sahibkarların fəaliyyəti üçün hər cür imkan yaradılmışdır. Mərkəzdə tədris otağı da fəaliyyət göstərəcəkdir.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:03
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                        

Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin.            ...

19 noyabr 2026, 10:03
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:02
M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...

19 noyabr 2026, 10:02
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:01
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                           

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...

19 noyabr 2026, 10:01
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44