Gerb

19 iyul 2013, 13:20

Hörmətli cənab Prezident!

Saatlı rayonunun Sımada kəndinin sakinləri rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2013-cü il 16 iyul tarixli Sərəncamınızı çox böyük sevinclə qarşıladılar. Əminik ki, Sizin Sərəncamınızla ayrılan vəsait hesabına çəkilən Simada-Qarayevkənd avtomobil yolunun tikintisi başa çatdıqdan sonra biz həmin yoldan istifadə zamanı heç bir əziyyət çəkməyəcəyik. Göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Ələddinov Məhəddin
Əliyev Nadim
Məhəmmədəliyev Sadim
Şükürov Dursun
Şükürov Həsən
Veysəlov Mürsəl.

Azərbaycan Respublikası, Saatlı rayonu, Sımada kəndi.