|
19 iyul 2013, 13:00
Əvəzəli Hüseynovdan, Hacıqabul, Azərbaycan
Möhtərəm Prezident! Sizin diqqət və qayğınız sayəsində respublikamız, o cümlədən Hacıqabul rayonu, onun kənd və qəsəbələri gündən-günə abadlaşır, gözəlləşir. Rayonumuzda yeni yollar çəkilir, körpülər salınır, yeni məktəb binaları tikilərək istifadəyə verilir, güzəranımız gündən-günə yaxşılaşır. Xüsusilə, kənd yollarının bərpasına göstərdiyiniz diqqəti olduqca yüksək qiymətləndiririk.
Yaşadığımız II Udulu Tava kəndi də son illər tamamilə dəyişmiş, gözəlləmiş və abadlaşmışdır. Sizin diqqətiniz sayəsində kəndimizə yeni qaz xətti çəkilmiş, indi də gözəl yol çəkilməkdədir. Buna görə də keçirdiyimiz böyük sevinc hissini ifadə edərək kəndimizin bütün sakinlərinin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm. Bizə bəxş etdiyiniz sevincə görə Sizə ürəkdən təşəkkür edirəm. Bir daha Sizə bildirmək istəyirəm ki, bütün hacıqabullular kimi II Udulu Tava kəndinin sakinləri də Sizin xeyirxah işlərinizi bəyənir və dəstəkləyir və növbəti prezident seçkilərində də yekdilliklə Sizə səs verəcəklər. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.