Gerb

19 iyul 2013, 14:15

Hörmətli cənab Prezident!

Sizin göstərdiyiniz qayğı nəticəsində Astara rayonunun yolları sürətlə abadlaşdırılır. Ötən il Siz bu yollardan birinin açılışında iştirak edərkən qeyd etmişdiniz ki, “yol həyatdır, yol olmadan inkişaf ola bilməz”. Fərəhlə demək istəyirəm ki, rayonumuz son illərdə sürətlə inkişaf edərək tanınmaz dərəcədə dəyişmişdir.

Möhtərəm Prezident, Siz həmişə olduğu kimi vədinizə əməl edərək Astar rayonuna diqqəti durmadan artırırsınız. Astaranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün vəsait ayrılması barədə bu günlərdə verdiyiniz Sərəncam bunu bir daha təsdiq edir. Rayonumuzun ağsaqqalları adından Sizə ürəkdən təşəkkür edir və “çox sağ olun” deyirəm.

Hörmətlə,

Heybət Hüseynov,
əməkdar müəllim.

Azərbaycan Respublikası, Astara rayonu.