|
19 iyul 2013, 14:25
İlham Məmmədovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident! Azərbaycanın Qafqaz ölkələri arasında lider olması və dünya dövlətləri arasında artan nüfuzu respublikamızın qüdrətindən xəbər verir. İqtisadiyyatımız və siyasi gücümüz durmadan artır. İnsanların bugünkü yaşayış tərzinə baxanda məlum olur ki, həyatımızda tərəqqi vardır. Gənc nəslin xaricdə təhsil alması yaxın gələcəkdə ölkəmizin daha savadlı ziyalılar ölkəsinə çevriləcəyini göstərir. Bu da Sizin gənc nəslə və ölkə vətəndaşlarına olan qayğınızdır. Çox hörmətli Prezident, bu gün Gəncə şəhərində böyük tərəqqi müşahidə olunur. Gəncə sanki əmək cəbhəsinə çevrilmişdir. Ulu öndərin adına layiq möhtəşəm Heydər Əliyev Mərkəzi, İmamzadə kompleksi, Gəncə Filarmoniyasının tikintiləri artıq başa çatmaq üzrədir. Bundan əlavə şəhərimizdə yeni binalar tikilir, məktəblər təmir olunur, yollar salınır və genişləndirilir, uşaq bağçaları, xəstəxanalar təmir olunur. Gəncə şəhəri gündən-günə gözəlləşir və abadlaşır. Biz Gəncə şəhər sakinləri Sizin dövlətimizə və onun vətəndaşlarına olan qayğınızı görürük. Biz bu işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Yaxın vaxtlarda Prezident seçkiləri keçiriləcəkdir. Xalq Sizi dəstəkləyir. Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qorusun!
Hörmətlə, 19 iyul 2013, 17:15
İlham Əliyev Şabranda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.