|
19 iyul 2013, 20:00
İlham Əliyev Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir
İlham Əliyev Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılmışdır. Binanın ətrafda əsaslı abadlıq işləri aparılmış və yaşıllıqlar salınmışdır. Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı fotostendlərdə Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapmışdır. Binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Qeyd olundu ki, binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmış, bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da vardır. Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi. ![]() 19 iyul 2013, 17:15
İlham Əliyev Şabranda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.