|
19 iyul 2013, 19:40
İlham Əliyev Şabranda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Şabrandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şabranda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu Bayraq Meydanı da ölkəmizdə dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olmasının daha bir əyani sübutudur. Şabrandakı Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bildirildi ki, bayraq dirəyinin hündürlüyü 26 metrdir. Meydan Şabranın giriş hissəsində yerləşir. Ərazidə geniş abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır. Əhalinin istirahəti üçün hər cür şəraitin yaradıldığı meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır. Diqqətə çatdırıldı ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir. Bayraq Meydanındakı binada Azərbaycanın dövlət atributları, Şabran rayonunun emblemi və qədim xəritəsi, üçüncü mərtəbədə bölgənin xalçaçılıq sənətinin tarixi ilə bağlı ekspozisiya, dördüncü mərtəbədə “Xınayaxdı” folklor xalq kollektivinin dekorativ xalq tətbiqi sənəti nümunələri, beşinci mərtəbədə rayonun həvəskar rəssamlarının yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilir. Dövlətimizin başçısına görüləcək növbəti işlər barədə məlumat verildi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.