Gerb

20 iyul 2013, 12:00

Möhtərəm cənab Prezident! 

Qırx dörd min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisinə göstərdiyiniz diqqət Saatlı rayonunun Çolpı kəndinin sakinlərinin dərin sevincinə səbəb olmuşdur. Bu yol tam hazır olduqdan sonra biz bu yoldan daha rahat istifadə edəcəyik. Bizə göstərdiyiniz qayğıya görə kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Tanrı Sizi qorusun. Biz daim Sizinləyik və Sizi dəstəkləyirik.

Hörmətlə,

Abasov Azad
Ağasənov Hacıbala
Ağasənov Səbuhi
Soltanov Fərrux
Şəhlarov Gülbala və başqaları.

Azərbaycan Respublikası, Saatlı rayonu, Çolpı kəndi.