|
20 iyul 2013, 12:15
Eyvaz Tağıyev və başqalarından, Sabirabad, Azərbaycan
Möhtərəm Prezident, Ulu öndərimiz Heydər Əliyevin ən layiqli varisi kimi Sizin xalqımıza göstərdiyiniz böyük qayğı və diqqət, onun rifahı üçün yorulmadan göstərdiyiniz səylər göz qabağındadır. Sizin 12 iyul 2013-cü il tarixli Sərəncamınız da bu qayğının və diqqətin aydın təzahürüdür. Bu Sərəncamla Sabirabad rayonunun iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayırmağınız təkcə bu kəndlərdə yaşayan insanların deyil, ümumilikdə Sabirabad rayonunun əhalisi tərəfindən çox böyük sevinc hissi ilə qarşılanmışdır. Bu yolun çəkilişi həmin kəndlərin daha da sürətlə inkişaf etməsinə, əhalinin güzəranının yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Bu Sərəncamınızla Siz “Mən hər bir azərbaycanlının Prezidentiyəm” sözlərinizə sadiq olduğunuzu bir daha nümayiş etdirdiniz.
Çox hörmətli Prezident, Azərbaycanın kənd və qəsəbələrinin, o cümlədən bizim Sabirabad rayonunun inkişafına göstərdiyiniz yüksək diqqətə görə Moranlı və Sarxanbəyli kəndlərinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, fəaliyyətinizdə daha böyük uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı arzulayırıq.
Ağaqulu Mansurov AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.