Eyvaz Tağıyev və başqalarından, Sabirabad, Azərbaycan
20 iyul 2013, 12:15
Möhtərəm Prezident,
Ulu öndərimiz Heydər Əliyevin ən layiqli varisi kimi Sizin xalqımıza göstərdiyiniz böyük qayğı və diqqət, onun rifahı üçün yorulmadan göstərdiyiniz səylər göz qabağındadır. Sizin 12 iyul 2013-cü il tarixli Sərəncamınız da bu qayğının və diqqətin aydın təzahürüdür. Bu Sərəncamla Sabirabad rayonunun iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayırmağınız təkcə bu kəndlərdə yaşayan insanların deyil, ümumilikdə Sabirabad rayonunun əhalisi tərəfindən çox böyük sevinc hissi ilə qarşılanmışdır. Bu yolun çəkilişi həmin kəndlərin daha da sürətlə inkişaf etməsinə, əhalinin güzəranının yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Bu Sərəncamınızla Siz “Mən hər bir azərbaycanlının Prezidentiyəm” sözlərinizə sadiq olduğunuzu bir daha nümayiş etdirdiniz.
Çox hörmətli Prezident, Azərbaycanın kənd və qəsəbələrinin, o cümlədən bizim Sabirabad rayonunun inkişafına göstərdiyiniz yüksək diqqətə görə Moranlı və Sarxanbəyli kəndlərinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, fəaliyyətinizdə daha böyük uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı arzulayırıq.
Kənd sakinləri adından dərin hörmətlə,
Ağaqulu Mansurov
Xudaverdi Talıbov
Eyvaz Tağıyev
Ərəstun Ağayev və başqaları (cəmi 896 nəfər).
Azərbaycan Respublikası, Sabirabad rayonu,
Moranlı və Sarxanbəyli kəndləri.
