Gerb

20 iyul 2013, 12:30

Hörmətli cənab Prezident! 

Bu gün Azərbaycan öz inkişafına görə istər regionda, istərsə də dünyada etibarlı tərəfdaşa, öz sözünü inamla deyən ölkəyə çevrilmişdir. Bu Sizin məqsədyönlü fəaliyyətinizin parlaq nəticəsidir.

Hazırda ölkəmiz geniş quruculuq meydanını xatırladır, abadlıq-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Bir-birindən gözəl, möhtəşəm binaların tikintisi, elm, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin açılması, yeni yolların salınması onu deməyə əsas verir ki, ölkədə görülən hər bir işin arxasında insan amili dayanır. Beynəlxalq tədbirlərə ev sahibliyi edən respublikamızda insanların rifahı gündən-günə yaxşılaşır, yoxsulluğun səviyyəsi aşağı düşür.

Hörmətli cənab Prezident, Sizin son günlərdə bölgələrə səfərləriniz zamanı əhali ilə görüşləriniz, verdiyiniz dəyərli tapşırıq və tövsiyələr sübut edir ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bu diqqətin və qayğının bariz nümunəsini biz öz regionumuzun timsalında da görürük. Son illərdə rayonumuzda aparılan abadlıq-quruculuq işləri bilavasitə Sizin qayğınızın nəticəsidir. Çox sevindirici haldır ki, hətta ən ucqar kəndlərin əhalisinin sosial vəziyyəti də Sizin diqqətinizdən kənarda qalmır. Qısa müddətdə kəndimizə göstərilən qayğını biz olduqca yüksək qiymətləndiririk. Bu da səbəbsiz deyildir. İllərlə arzusunda olduğumuz su problemimiz həll edilmişdir. Bu məsələnin həlli, kəndimizdə artezian quyusunun qazılması bizim rahatlığımızı təmin etmiş, yaşayış səviyyəmizə öz müsbət təsirini göstərmişdir.

Möhtərəm cənab Prezident, kəndimizə və onun əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Sizi əmin edirik ki, qarşıdan gələn növbəti prezident seçkilərində biz Sizi dəstəkləyəcək, daha uğurlu sabahımız naminə Sizə səs verəcəyik.

Hörmətlə,

Musayev Əhmədiyə Məmmədiyə oğlu
Novruzov Mehman Nofər oğlu
Abbasova Gülanə Həzrət qızı
Abdurahmanov Bəxtiyar Məmməd oğlu
Abdullayev Bayraməli Yusif oğlu və başqaları (cəmi: 51 imza).

Azərbaycan Respublikası, Qax rayonu, Qaratala kəndi.