Gerb

20 iyul 2013, 17:16

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində Siyəzən rayonunda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, şəhərin su təchizatı sistemi və kanalizasiya şəbəkəsi qurulmuş, müasir tələblərə cavab verən Regional Müalicə Diaqnostika Mərkəzi, Gənclər evi, Uşaq incəsənət məktəbi və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, istehsal və emal müəssisələri yaradılmış, yollar çəkilmiş, yeni parklar salınmış, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri görülmüşdür.

Siyəzən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Siyəzən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Siyəzən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR