Gerb

22 iyul 2013, 13:00

Çox hörmətli Prezident!

Sizin 2013-cü il iyulun 12-də imzaladığınız Sərəncam bütün sabirabadlılar kimi bizim Bala Həşimxanlı kəndinin sakinlərini də olduqca sevindirdi. Kəndlərimizin yollarının abadlaşdırılması üçün ayırdığınız 6 milyon manat vəsait bizdə yollarımızın tezliklə çəkilib istifadəyə veriləcəyinə böyük inam yaratdı. Bu qayğı və diqqətinizə görə Sizə necə minnətdarlıq edəcəyimizi bilmirik. Sizdən son dərəcə razıyıq. Bu yolların çəkilməsinə vəsait ayırmaqla bizim kəndlərin inkişafına böyük kömək göstərmiş oldunuz.

Yol çəkmək tarixən ən böyük savab sayılmışdır. Siz öz uğurlu fəaliyyətinizlə çoxlu savab qazanmısınız. Ulu Tanrıdan arzu edirik ki, həmişə yollarınızı açıq, gələcəyinizi uğurlu etsin. Sizin həyata keçirdiyiniz siyasət həmişə ürəyimizdən olmuşdur. Biz Sizi həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

Zülfüqar Kamranov
Firövzə Əliyeva.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Bala Həşimxanlı kəndi.