Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Mehrəli Fətəliyevdən, Astara, Azərbaycan

Text size Plus Minus

22 iyul 2013, 13:20

Hörmətli cənab Prezident! 

Bu məktubu yazmaqla Astara rayonunun mərkəzindən 45 kilometr uzaqda, İranla həmsərhəd əlçatmaz dağlıq ərazidə yerləşən Hamoşam kəndinin sakinlərinin təşəkkürlərini Sizə çatdırmaq istəyirəm. Ulu öndər Heydər Əliyev xalqımızı fəlakətdən xilas etdi, müstəqilliyimizi qorudu, Azərbaycan dövlətini bütün dünyaya tanıtdı. Ölkəmizin Prezidenti seçildiyiniz gündən Siz onun uzaqgörən siyasətini davam etdirərək, iqtisadiyyatımızı ildən-ilə gücləndirir, xalqımızın rifahını yüksəldir, bizi daim sevindirirsiniz.
Hörmətli cənab Prezident, Siz və Mehriban xanım tarixin xalqımızın indiki nəslinə verdiyi töhfəsiniz. Sizin fəaliyyətiniz sayəsində dövlətimiz də sürətlə inkişaf edir, xalqımız da rahat yaşayır. Bu gün əlçatmaz ucqar kəndlərdə yaradılan xariqələr Sizin fəaliyyətinizin nəticəsidir. Bu kəndlərdə müasir standartlara uyğun, yaraşıqlı məktəb binaları və başqa sosial yönümlü obyektlər tikilib istifadəyə verilmiş, yollar təmir edilmiş, sakinlərin kəndə gediş-gəlişi yaxşılaşmışdır. Əvvəllər 5-6 saata getdiyimiz yolu indi 1 saata qət edirik.

Çox hörmətli Prezident, bütün bunlara görə Sizə kəndimizin sakinləri adından ürəkdən təşəkkür edirəm. Sizi əmin edirik ki bundan sonra da Sizi daim dəstəkləyəcək və ətrafınızda sıx birləşəcəyik.

Hörmətlə,

Mehrəli Fətəliyev,
təqaüdçü.

Azərbaycan Respublikası, Astara rayonu,
Hamoşam kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi