|
22 iyul 2013, 13:35
Binəli Eminovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident! Yaşadığımız Əliləmbəyli kəndinin əhalisi uzun müddət yolların bərbad vəziyyətdə olmasından əziyyət çəkirdi. Bizim bu əziyyətimizə son qoyduğunuza görə Sizə olduqca minnətdarıq. 2013-cü il iyulun 12-də imzaladığınız Sərəncamla Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayırdınız. Bu yolun çəkilişi kəndlərimizin daha sürətlə inkişaf etməsinə və abadlaşmasına səbəb olacaq və biz böyük zəhmətlə əkib-becərdiyimiz məhsullarımızı bazarlara daha rahat şəkildə çıxara biləcəyik. Möhtərəm Prezident, bu yolun çəkilişi bizdə sabahımıza böyük inam yaratmışdır. Bu böyük qayğıya görə kəndimizin sakinləri, o cümlədən bütün sabirabadlılar adından Sizə dərin təşəkkürümü bildirir və “çox sağ olun” deyirəm. Əmin olun ki, biz Sizi həmişə dəstəkləyəcəyik.
Böyük hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.