Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Binəli Eminovdan, Sabirabad, Azərbaycan

Text size Plus Minus

22 iyul 2013, 13:35

Hörmətli cənab Prezident!

Yaşadığımız Əliləmbəyli kəndinin əhalisi uzun müddət yolların bərbad vəziyyətdə olmasından əziyyət çəkirdi. Bizim bu əziyyətimizə son qoyduğunuza görə Sizə olduqca minnətdarıq. 2013-cü il iyulun 12-də imzaladığınız Sərəncamla Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayırdınız. Bu yolun çəkilişi kəndlərimizin daha sürətlə inkişaf etməsinə və abadlaşmasına səbəb olacaq və biz böyük zəhmətlə əkib-becərdiyimiz məhsullarımızı bazarlara daha rahat şəkildə çıxara biləcəyik.

Möhtərəm Prezident, bu yolun çəkilişi bizdə sabahımıza böyük inam yaratmışdır. Bu böyük qayğıya görə kəndimizin sakinləri, o cümlədən bütün sabirabadlılar adından Sizə dərin təşəkkürümü bildirir və “çox sağ olun” deyirəm. Əmin olun ki, biz Sizi həmişə dəstəkləyəcəyik.

Böyük hörmətlə,

Binəli Eminov.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Əliləmbəyli kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi