İlham Əliyev “Çıraq” neft layihəsinin bir hissəsi olan “Qərbi Çıraq” platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olmuşdur

23 iyul 2013, 11:30
İlham Əliyev “Çıraq” neft layihəsinin bir hissəsi olan “Qərbi Çıraq” platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olmuşdur

Prezident İlham Əliyev Bibiheybət qəsəbəsindəki tikinti-quraşdırma sahəsində “Çıraq” neft layihəsinin bir hissəsi kimi inşa edilmiş “Qərbi Çıraq” platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olmuşdur.

Prezident İlham Əliyevə məlumat verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirdilər ki, 2010-cu ilin martında “Çıraq” neft layihəsi üzrə 6 milyard dollar dəyərində işlənmə planına başlanılması ilə yeni, eyni zamanda, böyük investisiya layihəsinin ölkəmizin neft tarixinə daxil olmasına yol açıldı. “Qərbi Çıraq” adlanan bu layihə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa yardım edəcəkdir. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları qurğuların tikintisini və qabaqlayıcı qazma proqramını əhatə edir. Məbləğin qalan hissəsi isə hasilat müddəti ərzində platformadan hasilat quyularının qazılmasına sərf olunacaqdır. Azərbaycanın neft tarixində mühüm əhəmiyyətə malik olan bu qurğunun hazırlanması yerli mütəxəssislər tərəfindən həyata keçirilmiş və görülən işlər artıq ölkəmizdə neft sənayesinin inkişafının sürətlə davam etdiyini göstərir.

Qeyd edildi ki, “Qərbi Çıraq” bp şirkətinin “Azəri-Çıraq-Günəşli” operatoru qismində inşa və istismar etdiyi dünya səviyyəli səkkizinci dəniz platformasıdır. Platformanın layihə gücü gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz təşkil edir. Lakin platforma gündəlik 8 milyon kubmetr qaz ixrac edə bilər. Onun gün ərzində təqribən 2,3 milyon kubmetr qazlift təmin etmək gücü vardır.

Dövlətimizin başçısı “Qərbi Çıraq” platformasının tikintisi və onun dayaq modullarının dənizdə quraşdırılmasından bəhs edən filmə baxdı.

Diqqətə çatdırıldı ki, “Qərbi Çıraq” platforması üçün dayaq bloku artıq bu ilin aprelində dənizdə quraşdırılmışdır. Xəzər regionunda indiyədək inşa edilmiş ən ağır “Qərbi Çıraq” dayaq blokunun ümumi çəkisi 18 min 200 ton, hündürlüyü 185 metrdir.

Sonra Prezident İlham Əliyev “Qərbi Çıraq” platformasının alt və üst göyərtələrini gəzərək qazma modullarına, elektrik generatorlarına və digər bölmələrə baxdı.

Bildirildi ki, platformanın üst modullarının tikintisinə 2010-cu ilin iyulunda başlanmışdır. Hazırda isə qurğu tam hazırdır və dənizə yola salınmazdan əvvəl son istismar sınaqları aparılır. Platforma 18 min 500 ton çəkiyə malik olmaqla indiyədək Xəzər dənizinə buraxılmış ən ağır konstruksiya olacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev platformanın tikintisində çalışan mütəxəssislərlə görüşdü.

Mütəxəssisləri salamlayan Prezident İlham ƏLİYEV dedi:

- 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycan mütəxəssislərinin sayı getdikcə artır. Bu, çox vacib məsələdir. Çünki bizim istəyimiz də bundan ibarət idi ki, bütün bu işlərdə maksimum Azərbaycan vətəndaşları iştirak etsinlər.

Artıq belə nəhəng, dünya miqyaslı qurğuları biz yüz faiz Azərbaycanda tikirik. Bu, həm Azərbaycanın gücünü, eyni zamanda, mütəxəssislərin təcrübəsini göstərir. Onu göstərir ki, gələcəkdə bu cür işlər hələ çox olacaqdır. Çünki Azərbaycanın neft-qaz sektoru inkişafdadır. Mühüm işlər görülür, amma gələcəkdə hələ çox iş görülməlidir, bir neçə platforma tikilməlidir. “Şahdəniz-2” layihəsi icra ediləcəkdir.

Çox şadam ki, artıq bütün işlər Azərbaycanda aparılır. Bu işlərin əsas hissəsini görən Azərbaycan vətəndaşlarıdır. Hadisə münasibətilə təbrik edirəm. Yeni uğurlar arzulayıram. Sağ olun.

MÜTƏXƏSSİS: Çox sağ olun, cənab Prezident! Dəstəyinizə görə Sizə təşəkkür edirik. Azərbaycanın gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Məlumat verildi ki, “Qərbi Çıraq” platforması “STB-1” daşıma barjından istifadə etməklə sürüşdürmə metodu ilə vahid bir qurğu kimi quraşdırılacaqdır. Barjın özü modernləşdirilərək bu nəhəng yükü daşıya biləcək vəziyyətə gətirilmişdir. Bu yük “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda quraşdırma işləri çərçivəsində bundan əvvəl ən ağır göyərtəyə malik “Şərqi Azəri” üst modullarının çəkisindən təxminən 2 min 500 ton artıqdır. Üst modulların dənizə yola salınması əlverişli hava şəraitindən asılı olaraq 2013-cü ilin avqustunda planlaşdırılır. Platformada hasilat işlərinə bu ilin dekabrında başlanacağı gözlənilir. Bu platforma “Şərqi Azəri” platformasının layihəsi əsasında hazırlansa da, ona əlavə olaraq elektriklə işləyən qaz ixracı kompressoru qaz turbini ilə çalışan əsas elektrik generatorları daxil edilmişdir. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə aparılmış və ötən müddətdə hər hansı qəza ucbatından itirilmiş iş günü qeydə alınmamışdır. Platformaya Xəzər dənizində ilk dəfə istifadə olunacaq müasir texnologiyalar və əlavə avadanlıq da daxil edilmişdir. Atqı əleyhinə preventor, qumun xaric edilməsi və təmizlənməsi, səviyyəölçən cihaz və qoşa porşen effektli kürəli siyirtmələr kimi texnologiyalar qarşıya qoyulan hədəflərə daha səmərəli surətdə nail olmağa imkan yaradacaqdır.

Bildirildi ki, quraşdırma işlərinin aparıldığı üç il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olmuşdur. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti-quraşdırma işlərinə təxminən 4 min nəfər cəlb olunmuşdur ki, bunun da 90 faizə qədərini yerli işçilər təşkil etmişdir.

Prezident İlham Əliyev platformada 175 nəfər üçün layihələndirilmiş yaşayış blokuna və mərkəzi nəzarət otağına baxdı.
Qeyd edildi ki, platformada iş prosesinə vahid nəzarətin həyata keçirildiyi bu blokda işçilərin və mütəxəssislərin yaşayıb işləməsi üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 21 may 2024
17:00
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb...

21 may 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54