|
23 iyul 2013, 15:30
Rauf Sərdarov və başqalarından, Sumqayıt, Azərbaycan
Möhtərəm Prezident! Biz Sumqayıt dindarları Sizin şəhərimizə olan xüsusi diqqət və qayğınızı daim hiss edirik. Biz qürur duyuruq ki, Siz Allahın hökmü ilə ölkəmizə rəhbərlik edərək, dinimizə və dindarlara belə hörmətlə, rəğbətlə yanaşırsınız. Əgər sovet dövründə Azərbaycanda cəmi 18 məscid var idisə, ulu öndərin və Sizin uğurlu fəaliyyətinizin nəticəsində hazırda ölkəmizdə 2 mindən çox məscid tikilib istifadəyə verilmişdir. Bu, sözün həqiqi mənasında tarixi bir nailiyyətdir və Heydər Əliyev siyasətinin, Sizin dinimizə olan xüsusi diqqətinizin bariz nümunəsidir. Sizin sayənizdə Sumqayıt Cümə məscidi ən yüksək səviyyədə yenidən quruldu, məsciddə minarə ucaldıldı. İndi məscidimizə gələn insanlar buranın rahatlığından, burada yaradılan şəraitdən razılıqlarını bildirirlər. Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dinimizə, dindarlara göstərdiyi xüsusi münasibət və Heydər Əliyev Fondunun bu sahədə gördüyü böyük işlər bizi çox sevindirir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Hörmətli cənab Prezident, bu gün ölkəmizi qələbələr və uğurlar yolu ilə apara biləcək tək şəxsiyyət Sizsiniz. Biz Sumqayıt dindarları Sizi dəstəkləməkdən qürur duyuruq və əminik ki, Siz qarşıdan gələn prezident seçkilərində yenidən dövlət başçısı seçilərək, Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəksiniz.
Sizin uğurlu fəaliyyətiniz nəticəsində ölkəmiz daha da inkişaf etmiş, Sumqayıt da daxil olmaqla respublikamızın bütün regionları abadlaşmış, gözəlləmişdir. Bu gün insanlar sülh, əmin-amanlıq içərisində firavan yaşayırlar. Biz bilirik ki, lideri olan xalq daim yaxşı yaşayacaq, ölkə inkişaf edəcək, dindarlara və dinə hər zaman böyük rəğbət olacaqdır. Sizə Allahdan cansağlığı, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik. Ulu tanrı Sizi qorusun! AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.