Novruz İsmiyev və başqalarından, Sabirabad, Azərbaycan
23 iyul 2013, 16:00
Möhtərəm Prezident,
Yaşadığımız Çöl Ağaməmmədli kəndinin sakinləri Sizin 12 iyul 2013-cü il tarixli Sərəncamınızdan son dərəcə razıdırlar. Xeyli müddət idi ki, bu yolumuzun tikintisinin başlanacağını gözləyirdik. Biz əmin idik ki, Azərbaycanın başqa regionlarında olduğu kimi bu yollara da diqqət yetiriləcəkdir. Bu yolun çəkilişi kəndlərimizə yeni nəfəs, yeni həyat gətirəcəkdir. Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildirir və Sizi əmin edirik ki, daim Sizi fəaliyyətinizi dəstəkləyəcəyik.
Hörmətlə,
Novruz İsmiyev
Əliqardaş Əhmədov və başqaları (cəmi: 177 nəfər).
Azərbaycan Respublikası, Sabirabad rayonu, Çöl Ağaməmmədli kəndi.
