Gerb

23 iyul 2013, 16:15

Hörmətli cənab Prezident! 

Bizim yaşadığımız Salyan şəhəri Plastmas massivində son illərdə böyük quruculuq və abadlıq işləri görülmüşdür. Çoxmərtəbəli binaların dam örtükləri dəyişdirilmiş, yeni asfalt yollar çəkilmişdir. Massivdə Sizin göstərişinizlə inşa edilən, ən müasir tələblərə cavab verən 640 yerlik yeni orta məktəb binasının tikintisi artıq yekunlaşmaq üzrədir. Bundan sonra uşaqlarımız məktəbə getmək üçün uzun yol qət etməyəcəklər və biz valideynlərin narahatlığına son qoyulacaqdır.

Möhtərəm Prezident, bütün bunlara görə Sizə ürəkdən təşəkkür edirik. Əmin olun ki, bütün salyanlılar kimi biz Plastmas massivinin sakinləri də Sizə inanır və bütün ümidlərimizi Sizə bağlamışıq. Siz bütün azərbaycanlıların Prezidentisiniz. Biz bundan sonra da Sizi daim dəstəkləyəcəyik. Bizim üçün Sizin alternativiniz yoxdur. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Allah köməyiniz olsun!

Dərin hörmətlə,

Sultanova Gültəkin Safa qızı
Qasımova Xatirə Mirəziz qızı
Ələsgərova Flora Əli qızı
Şahbazova Mehriban Abas qızı
Feyziyeva Xəyalə Saleh qızı və başqaları (cəmi: 329 imza).

Azərbaycan Respublikası, Salyan rayonu.