Nərmin Abdullayeva və başqalarından, Zərdab, Azərbaycan
23 iyul 2013, 16:30
Hörmətli cənab Prezident!
Sizin yaratdığınız imkanlar sayəsində indi savadı və qabiliyyəti olan hər bir gənc həyatda böyük uğur qazana bilər. Bu il iyul ayının 14-də üçüncü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında da abituriyentlərin öz biliklərini göstərməsi üçün bütün şərait yaradılmışdı. Biz həmin imtahanda sualların böyük əksəriyyətinə düzgün cavab verərək, müvafiq olaraq 666 və 612 bal toplamışıq. Arzumuz ali məktəbə daxil olduqdan sonra daha səylə çalışıb gələcəkdə savadlı kadr kimi dövlətimizə və xalqımıza xidmət etməkdir.
Hörmətli cənab Prezident, Sizin gənclərə göstərdiyiniz qayğı bizi daha böyük uğurlar qazanmağa sövq edir. Bu qayğıya görə Sizə Zərdab rayonunun bütün abituriyentləri adından dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Abdullayeva Nərmin
İsmayılov Rəhim.
Azərbaycan Respublikası, Zərdab rayonu.
