|
24 iyul 2013, 13:20
Şövkət Ağayevdən, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident! Ötən ilin sentyabr ayında Sizin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə qədim Şəki torpağına gələrək, Xan sarayı, Cümə məscidi, Alban məbədi kimi misilsiz abidələrimizlə tanış olmağınızı, yerli sakinlərlə səmimi söhbət etməyinizi görərkən keçirdiyimiz qürur və sevinc hissi hələ də yadımızdan çıxmayıb. Doğma Azərbaycanımızın şöhrətini bütün dünyaya yaymaq ənənəsi hələ ulu öndər Heydər Əliyevin SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlardan qoyulmuşdur. Mən o vaxtları yaxşı xatırlayıram. Ulu öndər Heydər Əliyev Moskvada Kremlin qurultaylar sarayında respublikamızın nailiyyətləri barədə çıxış edərkən, salondakıların hamısı heyranlıqdan özlərini saxlaya bilməyib onun çıxışını hərarətlə alqışlayırdılar. Hörmətli cənab Prezident, indi də bizim pənahımız Sizsiniz. Azərbaycanı SSRİ respublikaları arasında birincilər sırasına çıxaran ulu öndər Heydər Əliyevin ənənələrini bu gün Siz uğurla davam etdirirsiniz. Sizin fəaliyyətinizin bəhrəsini görəndə sevincimiz yerə-göyə sığmır. Sizin çəkdirdiyiniz yolları, körpüləri, tikdirdiyiniz məktəbləri, xəstəxanaları saymaqla qurtarmaz. Xalqımızın yaşayışı gündən-günə daha da yüksəlir. Hörmətli cənab Prezident, Mən bir ağsaqqal kimi Şəkinin Kiçik Dəhnə kəndinin bütün sakinləri adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür və cansağlığı arzulayıram. Kəndimizin sakinləri, Şəki əhalisi, bütün Azərbaycan xalqı kimi Sizi daim dəstəkləyir və dəstəkləyəcəkdir.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.