Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Şövkət Ağayevdən, Şəki, Azərbaycan

Text size Plus Minus

24 iyul 2013, 13:20

Hörmətli cənab Prezident! 

Ötən ilin sentyabr ayında Sizin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə qədim Şəki torpağına gələrək, Xan sarayı, Cümə məscidi, Alban məbədi kimi misilsiz abidələrimizlə tanış olmağınızı, yerli sakinlərlə səmimi söhbət etməyinizi görərkən keçirdiyimiz qürur və sevinc hissi hələ də yadımızdan çıxmayıb. Doğma Azərbaycanımızın şöhrətini bütün dünyaya yaymaq ənənəsi hələ ulu öndər Heydər Əliyevin SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlardan qoyulmuşdur. Mən o vaxtları yaxşı xatırlayıram. Ulu öndər Heydər Əliyev Moskvada Kremlin qurultaylar sarayında respublikamızın nailiyyətləri barədə çıxış edərkən, salondakıların hamısı heyranlıqdan özlərini saxlaya bilməyib onun çıxışını hərarətlə alqışlayırdılar.

Hörmətli cənab Prezident, indi də bizim pənahımız Sizsiniz. Azərbaycanı SSRİ respublikaları arasında birincilər sırasına çıxaran ulu öndər Heydər Əliyevin ənənələrini bu gün Siz uğurla davam etdirirsiniz. Sizin fəaliyyətinizin bəhrəsini görəndə sevincimiz yerə-göyə sığmır. Sizin çəkdirdiyiniz yolları, körpüləri, tikdirdiyiniz məktəbləri, xəstəxanaları saymaqla qurtarmaz. Xalqımızın yaşayışı gündən-günə daha da yüksəlir.

Hörmətli cənab Prezident, Mən bir ağsaqqal kimi Şəkinin Kiçik Dəhnə kəndinin bütün sakinləri adından Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür və cansağlığı arzulayıram. Kəndimizin sakinləri, Şəki əhalisi, bütün Azərbaycan xalqı kimi Sizi daim dəstəkləyir və dəstəkləyəcəkdir.

Hörmətlə,

Ağayev Şövkət.

Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi