Rəcəb Əhmədov və başqalarından, Bakı, Azərbaycan
24 iyul 2013, 13:40
Hörmətli cənab Prezident!
Şəhərimizin hər yerində olduğu kimi Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində də geniş abadlıq işləri aparılır. Bizim yaşadığımız bina təmir edilərək sakinləri narahat edən problemlər aradan qaldırılmış, binanın həyətində təmizlik işləri görülmüş, səliqə-sahman yaradılmış, uşaqların asudə vaxtlarını səmərəli keçirməsi və böyüklərin istirahət etməsi üçün lazımi şərait yaradılmışdır. İndi binamızın sakinləri özlərini həm mənzillərində, həm də binanın həyətində çox rahat hiss edirlər.
Hörmətli cənab Prezident, biz görülən bu işləri Sizin insanların rifahının yüksəldilməsinə yönəlmiş siyasətinizin nəticəsi hesab edirik. Buna görə də binamızın sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Əhmədov Rəcəb
Əhmədova Zərifə
Əzizov Məmmədsani
Süleymanov Rövşən
Süleymanov Vaqif və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, bina 71.
