Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Nadir Məmmədovdan, Siyəzən, Azərbaycan

Text size Plus Minus

24 iyul 2013, 14:00

Möhtərəm Prezident! 

Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Daxili və xarici siyasətdə əldə edilmiş uğurlar nəticəsində ölkəmiz hazırda regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir.

İqtisadiyyatımızın davamlı inkişafı bütün sahələrlə yanaşı cəmiyyətin aparıcı qüvvəsi olan gənclərimizin də bir sıra problemlərinin aradan qaldırılmasında mühüm rol oynamışdır.

Hörmətli cənab Prezident, respublikamızın bütün bölgələri ilə yanaşı Siyəzən rayonu da son illərdə özünün yeni inkişaf dövrünü yaşayır. Xüsusilə Sizin son iki ildə rayonumuza iki dəfə səfər etməyiniz, görülmüş işlərlə yaxından tanış olmağınız və rayonumuzun inkişafı ilə əlaqədar verdiyiniz tapşırıqlar bizi hədsiz dərəcədə sevindirir. Aparılmış tikinti-quruculuq və abadlıq işləri nəticəsində şəhərimizin siması daha da dəyişmiş və gözəlləşmişdir. Açılışında iştirak etdiyiniz Bayraq Meydanı, Gənclər Mərkəzi, Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası üçün inzibati binaların tikilməsi, yeni parkların və yaşıllıq zolaqlarının salınması bütün rayon sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Xüsusilə müasir tələblərə cavab verən Gənclər Mərkəzinin tikintisi biz Siyəzən gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsində mühüm rol oynayacaqdır. Görülmüş işlər, əldə edilən uğurlar Sizin məqsədyönlü siyasətinizin məntiqi nəticəsidir.

Möhtərəm Prezident, biz Siyəzən gəncləri bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizi əmin edirik ki, xalqımızın və dövlətimizin işıqlı sabahı naminə həyata keçirdiyiniz işlərdə üzərimizə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək və qarşıdan gələn prezident seçkilərində bir daha Sizə səs verəcəyik.

Hörmətlə,

Nadir Məmmədov
Samir Baxşıyev
Ayaz İlyasov
Pərvin Ağasıyev
Vüsal Rəcəbli və başqaları.

Azərbaycan Respublikası, Siyəzən rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi