Gerb

24 iyul 2013, 14:15

Hörmətli cənab Prezident!

Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Bu sözləri tək öz adımdan deyil, bütün xalqımız adından yazıram. Siz bu mübarək Ramazan ayında böyük savab iş gördünüz.

Sizə dərin minnətdarlığımı bildirir və “çox sağ olun” deyirəm. Mən inanırdım ki, Siz İmranın düşdüyü çətin vəziyyətə biganə qalmayacaqsınız. İnamımızı doğrultduğunuz üçün Sizə təşəkkür edirəm. Allah Sizdən və ailənizdən razı olsun. Amin.

Hörmətlə,

Bağırova Lalə Natiq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 101.