İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

12 oktyabr 2010, 19:30
İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike Qarsiya Amaralın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Jaime Enrike Qarsiya Amaral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarında daimi nümayəndəliyinin fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkəmizin Meksikadakı səfirliyinin Latın Amerikasında Azərbaycanın ilk səfirliyi olduğunu bildirdi və səfirliyin fəaliyyət göstərməsinin hər iki ölkənin bir-birini yaxından tanıması baxımından önəmli olduğunu dedi.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Jaime Enrike Qarsiya Amaral Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsində Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Azərbaycanın Meksikada səfirliyinin fəaliyyətə başlamasını rəmzi bir tarixə - Meksikanın müstəqilliyinin 200, inqilabın isə 100 illiyinə təsadüf etdiyini dedi.

Dövlət başçısı Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Meksikanın dövlət başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32