Gerb

24 iyul 2013, 16:00

Ülyahəzrət,

Kembric Hersoq və Hersoginyasının ailəsində nəticənizin dünyaya gəlişi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş dəqiqələrdə sevincinizə qoşulur, Sizə, yeni doğulmuş Kembric Şahzadəsinə, ailənizin bütün üzvlərinə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 iyul 2013-cü il.